Azərbaycanda baş verən zəlzələ ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələ ilə bağlı məlumat yayıb. Mərkəzdən bildirilir ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 23:48-də Ağdam ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bala yaxın, yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli də “Ölkə.Az”a açıqlama verib. Onun sözlərinə görə, yeraltı təkanlar digər rayonlarda da hiss edilib. “Ümumilikdə zəlzələnin gücü hardasa 6 bala olub. Zəlzələ orta güclü hesab edilir. Yeraltı təkanlar respublikanın çox rayonlarında hiss edilib. Ağcabədi, Beyləqan, Mingəçevr, Gəncə, Qəbələ, Şəki, Zaqatala rayonlarında hiss edilib. Yeraltı təkanlar ətraf rayonlar üzrə 3-4 bal gücündə hiss edilib”, – deyə Q.Yetirmişli bildirib. Alimin sözlərinə görə, yeraltı təkanlar 24 saat ər

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələ ilə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilir ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 23:48-də Ağdam ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 6 bala yaxın, yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli də “Ölkə.Az”a açıqlama verib. Onun sözlərinə görə, yeraltı təkanlar digər rayonlarda da hiss edilib.

“Ümumilikdə zəlzələnin gücü hardasa 6 bala olub. Zəlzələ orta güclü hesab edilir. Yeraltı təkanlar respublikanın çox rayonlarında hiss edilib. Ağcabədi, Beyləqan, Mingəçevr, Gəncə, Qəbələ, Şəki, Zaqatala rayonlarında hiss edilib. Yeraltı təkanlar ətraf rayonlar üzrə 3-4 bal gücündə hiss edilib”, – deyə Q.Yetirmişli bildirib.

Alimin sözlərinə görə, yeraltı təkanlar 24 saat ərzində davam edə bilər: “Bundan sonra da avterşoklar davam edəcək. İnsanlar narahat olmasınlar. Zəlzələ dağıdıcı deyil”.

mersin escort