ABŞ-dan xain etiraf: PKK-nı Türkiyədən qoruyacağıq

<div class="b-article__lead"> Rayn Dilon, Türkiyəyə PYD ilə vuruşmaqdansa, bütün gücünü İŞİD-ə sərf etməyi məsləhət görüb </div> <div class="b-article__text"> İŞİD-ə qarşı beynəlxalq koalisiyanın amerikalı mətbuat katibi Rayn Dilon gözlənilməz etiraf edib. İraqın paytaxtı Bağdadda video konfrans vasitəsilə jurnalistlərin suallarını cavablandıran Dilon, PKK-nın Suriyadakı qolu olan PYD/YPG-ni Türkiyədən qoruyacaqlarını bildirib. Sputnik Azərbaycan bu barədə "Hürriyet"-ə istinadən xəbər verir. Jurnalistlərdən birinin "Türkiyə ordusu PYD-nin nəzarətində olan Suriyanın Afrin şəhərinə müdaxilə etməyə hazırlaşır, planınız nədir" sualına Dilon, "Hələlik belə bir şey eşitməmişik, ancaq baş versə, əlbəttə müttəfiqimiz PYD-ni qoruyacağıq" cavabını verib. Rayn Dilon əlavə edib ki, Türkiyə PKK-nın qolu olan PYD ilə vuruşmaqdansa, bütün gücünü İŞİD-ə sərf etsə daha yaxşı ol

Rayn Dilon, Türkiyəyə PYD ilə vuruşmaqdansa, bütün gücünü İŞİD-ə sərf etməyi məsləhət görüb

İŞİD-ə qarşı beynəlxalq koalisiyanın amerikalı mətbuat katibi Rayn Dilon gözlənilməz etiraf edib. İraqın paytaxtı Bağdadda video konfrans vasitəsilə jurnalistlərin suallarını cavablandıran Dilon, PKK-nın Suriyadakı qolu olan PYD/YPG-ni Türkiyədən qoruyacaqlarını bildirib. Sputnik Azərbaycan bu barədə “Hürriyet”-ə istinadən xəbər verir.

Jurnalistlərdən birinin “Türkiyə ordusu PYD-nin nəzarətində olan Suriyanın Afrin şəhərinə müdaxilə etməyə hazırlaşır, planınız nədir” sualına Dilon, “Hələlik belə bir şey eşitməmişik, ancaq baş versə, əlbəttə müttəfiqimiz PYD-ni qoruyacağıq” cavabını verib.

Rayn Dilon əlavə edib ki, Türkiyə PKK-nın qolu olan PYD ilə vuruşmaqdansa, bütün gücünü İŞİD-ə sərf etsə daha yaxşı olar.

Xatırladaq ki, dünən İngiltərənin BBC telekanalı ABŞ-ın PYD ilə birgə Raqqada həyata keçirdikləri hərbi əməliyyatla bağlı şok videogörüntülər paylaşıb. Həmin görüntülərdə ABŞ və PYD-li döyüşçülərin İŞİD terrorçularının şəhəri tərk etmələrinə şərait yaratdıqları, onlara 1 güllə belə atmadıqları görünür.

Qeyd edək ki, rəsmi Ankara PYD-ni PKK terror təşkilatının Suriyadakı qolu hesab etsə də, ABŞ başçılıq etdiyi Qərb ittifaqı sözügedən terrorçulara ağır silah yardımı göndərməyə davam edir.

 

mersin escort