Əcnəbilərə Azəırbaycanda peşə məktəbi açmağa icazə verilir

Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də peşə təhsili müəssisəsinin təsisçisi ola bilərlər.Müstəqil.Az  Modern.az-ın məlumatına görə bildirir ki, bu barədə yeni hazırlanan “Peşə təhsili haqqında” qanunun 12-ci maddəsində qeyd edilib.

Yeni sənədə əsasən, peşə təhsili müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyə, yerli və xarici hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər.

Peşə təhsili müəssisəsini təsis etmək üçün aşağıdakı qeyd olunan şərtlər təmin edilməlidir:

1. təşkilati struktur, qayda və nizamnaməyə malik olmaq;

2. ixtisaslı müəllim və mühəndis-pedaqoji işçilərə malik olmaq;

3. təhsil üçün nəzərdə tutulmuş xüsusi standartlara cavab verən şəraitə və peşə təhsilinin tələblərini qarşılayacaq tədris avadanlıqları və təlim texnologiyalarına malik olmaq.

4. Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan peşə təhsili müəssisəsinin işçi heyətinin (pedaqoji işçi heyəti istisna olmaqla) yarıdan çoxunu Azərbaycan Respublikasının vətəndaşları təşkil etməlidir.

5. Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi və onların təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

mersin escort