Müsahibə yayıldıqdan sonra ilk şübhələr ortaya çıxıb

<h2></h2> <div class="banner banner-6974ce5ac660610b44d9b9fed0ff9548" data-banner="MTAz"></div> <div> <strong>Xarici ölkədə istefa verən baş nazirin yeni açıqlaması qeyri-müəyyənliyi bir az da artırıb; bölgədə növbəti münaqişə xaos və qarışıqlığın coğrafiyasını böyüdə bilər...</strong> Livanın baş naziri Saad Həriri istefa verdikdən bir həftə sonra kameralar qarşısına çıxıb. Məsələ ondadır ki, Həriri noyabrın 4-də ər-Riyadda televiziya vasitəsilə istefa verdiyini bəyan edib. Eyni çıxışında özünə qarşı sui-qəsd təhlükəsi hiss etdiyini, İran və “Hizbullah”ın regionda təhlükə yaratdığını bəyan edib. Ancaq onun öz ölkəsində, deyil, xarici ölkədə istefa verməsi şübhəli qarşılanıb. Bir sıra Livan siyasətçiləri Həririnin ər-Riyadda həbs olunduğunu və istefaya məcbur edildiyini, hazırda da həbsdə saxlanıldığını bildiriblər. Həriri ətrafında müəmmalar onun istefasından

Xarici ölkədə istefa verən baş nazirin yeni açıqlaması qeyri-müəyyənliyi bir az da artırıb; bölgədə növbəti münaqişə xaos və qarışıqlığın coğrafiyasını böyüdə bilər…

Livanın baş naziri Saad Həriri istefa verdikdən bir həftə sonra kameralar qarşısına çıxıb. Məsələ ondadır ki, Həriri noyabrın 4-də ər-Riyadda televiziya vasitəsilə istefa verdiyini bəyan edib. Eyni çıxışında özünə qarşı sui-qəsd təhlükəsi hiss etdiyini, İran və “Hizbullah”ın regionda təhlükə yaratdığını bəyan edib.

Ancaq onun öz ölkəsində, deyil, xarici ölkədə istefa verməsi şübhəli qarşılanıb. Bir sıra Livan siyasətçiləri Həririnin ər-Riyadda həbs olunduğunu və istefaya məcbur edildiyini, hazırda da həbsdə saxlanıldığını bildiriblər. Həriri ətrafında müəmmalar onun istefasından bir neçə gün sonra əvvəlcə Səudiyyə Ərəbistanı, ardınca isə Küveyt, BƏƏ kimi bir neçə dövlət Livandakı vətəndaşlarına bu ölkəyə səfər etməməklə bağlı xəbərdarlıq edib. Bunun ardınca isə “Hizbullah” lideri Həsən Nəsrullah Həririnin ər-Riyadda girov saxlanıldığını bildirib.

Həftənin ortalarında isə Fransa prezidenti gözlənilmədən Ərəbistana səfər etdi və burada dövlət rəhbərləri, o cümlədən son olayların mərkəzində dayanan vəliəhd şahzadə Məhəmməd ibn Salmanla görüşüb. Rəsmi olaraq açıqlanmasa da, Fransa XİN rəhbəri Həriri və Makron arasında görüş olduğunu və ikincinin Səudiyyə Krallığı ərazisində zorla saxlanıldığına inanmadığını bildirdi. Ancaq bu açıqlamalar yetərli olmadı.

Ötən həftə sonu isə məsələyə Livan prezidenti Mişel Aun qarışdı. Səudiyyə Ərəbistanı rəsmilərinə müraciət edən M.Aun Həririnin taleyindən narahat olduğunu, eks-baş nazirin iradəsinin ziddinə olaraq Ərəbistanda saxlanılması ilə bağlı şübhələrini çatdırıb. Məhz Aunun açıqlamasından sonra ər-Riyadda Hərinin Livan telekanalına müsahibəsi təşkil olunub.

Həriri ər-Riyadda telekanalın əməkdaşına bildirib ki, o, sərbəstdir, azad hərəkət edir və tez bir zamanda Livana qayıdacaq. Eyni zamanda deyib ki, o, özünü qorumaq üçün istefa verib. Sitat: “Mən istefa vermişəm. Tez bir vaxtda Livana gəlib konstitusiya qaydasına uyğun istefamı rəsmiləşdirəcəyəm”.

Ancaq müsahibə yayıldıqdan sonra ilk şübhələr ortaya çıxıb. Belə ki, müsahibə zamanı Həriri həddən artıq həyəcanlı görünüb, hətta müsahibə götürən jurnalistin qarşısındakı suyu da içib. Həmçinin müsahibə götürülən otaqda çəkiliş heyətindən başqa şəxslər gözə dəyir və Həriri müxbirdən daha çox arxada dayanan adamlara baxır. Bundan əlavə, o, geri qayıdacağı tarixi də elan etməyib və nədən bu qədər ər-Riyadda qalmaq istəməsini izah edə bilməyib. Sadəcə, ailəsini qorumaq istədiyini deməklə kifayətlənib.

 

Qeyd edək ki, Həriri 2005-ci ildə atası, sabiq baş nazir Rəfiq Həriri terror aktı nəticəsində öldürüldükdən sonra onun rəhbərlik etdiyi “Mustəqbəl” (“Gələcək”) Partiyasına rəhbərlik edir. Həririnin liderlik etdiyi partiya Livanda “14 mart” siyasi blokunun aparıcı qüvvəsidir. Livanda 1943-cü il anlaşmasına əsasən ölkənin baş naziri (Livan parlamentli respublikadır) sünni müsəlman, prezident maruni xristian, parlamentin sədri isə şiə müsəlman olmalıdır. Hazırda həmin bölgü davam edir və “14 mart” blokunun lideri Saad Həriri bu bölgüyə əsasən ölkənin baş naziri postunu tutur. Yəqin ki, istefa verdikdən sonra da baş nazir postuna onun partiyasından və ya blokundan razılaşdırılmış biri baş nazir postuna təyin olunacaq.

Livanda Taif anlaşmasına əsasən ordudan başqa silahlı qüvvə saxlamaq hüququna malik olan Hizbullah müxalif “8 mart” blokunun lideridir. 2016-cı ildə təşkil olunmuş Livan Milli Birlik hökumətində “Hizbullah”ın iki nazir portfeli var.

Həririnin istefası rəsmiləşsə, bu, Livanda yeni siyasi böhran deməkdir. Hələliksə Həriri qaydalara əsasən istefa məktubunu prezident Mişel Auna təqdim etməlidir. Həriri isə ər-Riyadda verdiyi müsahibəsində deyib ki, yalnız regional toqquşmalara kənar müdaxilələrə son verilərsə, istefasını geri götürə bilər. Bu isə Suriyada Bəşər Əsədi dəstəkləyən “Hizbullah”ın silahlı gücünü geri çağırması mənasını verir. Ancaq “Hizbullah”ın bunu edib-etməyəcəyi məlum deyil – baxmayaraq ki, artıq Suriya ordusu bu sahədə üstünlüyü ələ alıb, proseslərə nəzarət edə bilir.

Digər tərəfdən, “Hizbullah” rəhbərliyi Həririnin istefaya məcbur edildiyini bildirir. Bundan başqa, “Hizbullah” lideri Həsən Nəsrullah bəyan edib ki, Səudiyyə Ərəbistanı Livana hücum etməsi üçün İsrailə bir neçə milyard dollar pul verib. Onun çıxışından belə məlum olub ki, Livana qarşı yeni hərbi müdaxilə başlaya bilər. Hətta bu çıxışdan sonra “Hizbullah”ın bəzi birliklərini Suriyadan Livana geri çəkməsi barədə xəbərlər də mediaya yol tapdı.

Hələliksə vəziyyət gərgin olaraq qalır. Bəzi region ölkələrinin mediası Livana qarşı İsrail və Səudiyyə Ərəbistanının yeni hərbi kampaniya hazırladığı haqda yazılar hazırlayıb. Qeyd olunur ki, hazırda adıçəkilən iki ölkə də İranla birbaşa qarşıdurmaya getmədən, onun regiondakı əsas silahlı gücü olan Livan “Hizbullah”ını zəiflətmək və ya tamamilə sıradan çıxarmaqla İranın Yaxın Şərqə yolunu bağlamağa çalışır. Ən pis halda İran və “Hizbullah”ın Yəmən, İraq və Suriyadan diqqətinin yayınmasına nail ola bilər. Bu səbəbdən də bölgədə siyasi təzyiq sürətlə yüksəlir. Fransa prezidentinin ər-Riyad səfəri də olası savaşı önləməyə xidmət edir. Ancaq bunun nə qədər effektli olub-olmadığını yaxın günlərdə biləcəyik. Görünən odur ki, Livan siyasi rəhbərliyi də yeni müharibədən qaçmaq üçün siyasi həll variantları axtarır. Bölgədə növbəti münaqişə xaos və qarışıqlığın həm coğrafiyasını, həm də müddətini ağıla gəlməyəcək həddə böyüdə bilər.

Kənan RÖVŞƏNOĞLU

mersin escort