Bakının əhalisi – BİLİRDİNİZMİ?

Bakının əhalisi: 
1820-ci ildə 2.500 nəfər,
1886 –cı ildə – 45.000 nəfər,
1890 – cı ildə – 105.000 nəfər,
1897 – ci ildə – 111.900 nəfər,
1903 – cü ildə – 155.900 nəfər,
1905 – ci ildə – 206.000 nəfər,
1913 – cü ildə – 214.700 nəfər,
1917 –ci ildə – 231.100 nəfər olmuşdur.
1860-cı ildə Azərbaycan əhalisinin 12,2%-i şəhərlərdə yaşayırdı. 1897-ci ildə Bakı quberniyası əhalisinin 20%-i şəhərdə yaşayırdı. Bakıda azəri türkləri 45.000, ruslar 19.000, başqa millətlərdən olanlar 111.000 idi. 1886-1897-ci illər arasında Gənçədə əhalinin sayı 63%, Lənkəranda 107%, Zaqatalada 147% artmışdı. 1897-ci ildə Gəncənin 33.090, Şuşanın 25.881, Nuxanın 24.734, Şamaxının 20.007, Qubanın 15.363, Salyanın isə 11.787 nəfər əhalisi var idi. 1897-ci ildə olan siyahı-ya almaya görə Azərbaycanın əhalisi (Zaqatala daxil olmamaqla) 1.805.788 nəfər imiş. 1897-ci il hesablamasının Azərbaycan xalqı haqqında verdiyi statistik məlumata şübhə ilə yanaşmaq lazımdır. Bu barədə Məmmədhəsən Baharlı belə deyir: “1897-ci ildə olan siyahıya alma, ümumiyyətlə, ətraflı və düzgün deyildir. Çünki, islam əhalisi əsgərliyə çağırılmaqdan, torpaq mükəlləfiyyətindən və verginin artırılmasından ehtiyat etdikləri üçün siyahı tutulan zaman yazılmaqdan imtina edirdilər. Köçəri xalq çox zaman yaylaqda olurdu. Çar çinovnikləri və polisləri bunu bilərəkdən edirdilər ki, müsəlman xalqının sayı az görünsün” (Həmən əsər: səh. 22). Bu səbəbdən M.Baharlı 1897-ci ildə Azərbaycan əhalisinin sayını 2.150.000 nəfər göstərir və qeyd edir ki, Azərbaycanın heyvandarlıqla məşğul olan, yaşayış yerlərindən uzaqda – yaylaqlarda olan köçəriləri də hesaba alınmalı idi”.
P.S. Məlumatlar H.Baykaranın “Azərbaycan İstiqlal Mübarizəsi” kitabından götürülmüşdür.
Müstəqil.Az

mersin escort