Amerikalı nazir son noqtəni qoydu: “Rusiyanın seçkilərə müdaxiləsi…”

“Rusiyanın müdaxiləsi, əslində, ABŞ-dakı seçkilərə heç bir təsir etməyib”.

Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, bu haqda ABŞ-ın maliyyə naziri Stiven Mnuçin CBS telekanalına müsahibəsində deyib.

“Heç kim düşünmür ki, Rusiyanın müdaxiləsinin seçkilərə hansısa təsiri olub. Düşünürəm ki, Amerika ictimaiyyəti daha əhəmiyyətli məsələlərə keçməlidir: vergi islahatı, xarici siyasət və sair. Prezident diqqətini indi Şimali Koreya və Suriya kimi əhəmiyyətli məsələlərə yönəldib”, – nazir vurğulayıb.

 

Qeyd edək ki, Konqresdə Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi haqqında müstəqil araşdırma gedir. Analoji araşdırmanı həmçinin FTB aparır.

Müstəqil.Az

mersin escort