Deputatlar Parisə gedir

Milli Məclisin deputatları Müslüm Məmmədov və Vüsal Hüseynov  Avropa Şurası Parlament Assambleyasının Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün noyabrın 12-də Fransanın paytaxtı Parisə yola düşəcəklər.

 

Müstəqil.Az Milli Məclisdən Modern.az-a verilən məlumata görə bildirir ki, tədbirdə Vəkillik haqqında Avropa Konvensiyası barədə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, insan hüquqlarının müdafiəsi sahəsində öhdəliklərin yerinə yetirilməsi, yeni məruzəçilərin təyin edilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.

 

Millət vəkilləri müzakirəyə təqdim edilən məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcəklər.

 

Səfər noyabrın 14-də başa çatacaq.

 Müstəqil.Az

mersin escort