Həkim 106 pasiyentini zəhərlədi…

2015-ci ilin fevralında xəstələrini eksperiment zamanı öldürdüyü üçün ömürlük həbs olunan “həkim” Nils Höqelin işi ilə bağlı yeni faktlar ortaya çıxıb.

Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, özü 90 nəfəri öldürdüyünü bildirsə də, Aşağı Saksoniyanın hüquq-mühafizə orqanlarının araşdırmasına görə, qurbanların sayı 106 nəfərdir.

 

Höqel əsasən reanimasiya şöbəsində yatan xəstələrə dərmanın yüksək dozasını verib.

 

Cinayətin üstü ilk dəfə 2005-ci ildə onun həmkarlarından birinin şübhələnməsi əsasında açılıb. Sonradan Nils etiraf edib ki, eksperiment üçün xəstələrə yüksək dozalı dərmanlar verib.

 

Müstəqil.Az

mersin escort