Atatürkün ilk və nakam sevgisi, insanlıq sevdası– Nadir fotolar

Bu gün türk dünyasının böyük şəxsiyyəti, müasir Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürün anadan olduğu gündür. 1881-ci ilin bu günündə Salonikidə anadan olan Mustafa Kamal gələcəkdə Türkiyəni yağıların caynağından qurtararaq, yenidən güclü bir dövləti bərpa etdi.
Bir Osmanlı zabiti kimi xidmətə başlayan Atatürk sonradan bu ordunun paşası mərtəbəsinə yüksəlir. Ən çətin məqamlarda yüksək liderlik keyfiyyəti ilə vəziyyəti ələ alır. Möcüzə kimi görünənləri gerçəkləşdirir. Beləcə, 1923-cü ildə müasir Türkiyə Cümhuriyyətinin əsasını qoyur. 1938-ci ilə qədər (ölümünədək) dövlətin il prezidenti olur.
Müstəqil.Az Moderator.az-a istinadən Atatürün çox az bilinən, nadir fotolarını təqdim etməklə yanaşı, onun həyatı ilə bağlı bir epizodu da oxucularla bölüşəcək.
Türk dünyasının əbədi liderinin ilk gənclik sevgisi Xədicə adlı bir xanıma aid olub. Deyilənə görə, nə qədər keşməkeşli bir həyat yaşasa da, Xədicə ilə ömrünün sonuna qədər yaxın dost olaraq qalır. Amma bu o demək deyil ki, Xədicə onun uğurlu sevgisi olmuşdu. Əksinə, o, ilk uğursuz sevgi kimi Atatürkün həyatına daxil olub. Onu sevərkən Mustafa Kamal hələ gənc bir hərbçi idi. Xədicənin oxuduğu tarix kitabının arasına qərənfil gülü qoymaqla sevgisini ona bildirib. Gənc oğlanın anası Zibeydə xanım Xədicəni anasından istəsə də, iki dəfə əliboş geri dönür. Qızın anası Mustafa Kamalın hərbi həyatını əsas gətirərək, qızını ona vermir.
Mara Dimitrina…. adlı bolqar qızı da Atatürkün baş tutmayan sevgisidir. Qızın atası da elə-belə adam deyildi. Bolqar ordusunun generalı idi. Amma o zaman Mustafa Kamal da bir zabit kimi şücaət göstərmişdi. Belə ki, o, Sofiyada general qızına evlilik təklif edir. Amma general bu xəbəri eşidərkən qızının yerinə Mustafa Kamala çox sərt cavab verir.
Lətifə xanım Atatürkün həyatında evləndiyi və rəsmi nikahda yaşadığı qadın olub.
Yüksək savada malik olan olan Lətifə xanım İstanbuldakı Amerika kollecinin və Parisin Sorbonna Universietetinin məzunu idi. Onlar 1923-cü ilin 25 yanvarında evlənir, 1925-ci ildə isə ayrılırlar. Lətifə İzmirin adlı sanlı ailələrindən birinin qızı idi. Lətifə xanım 1975-ci ildə İstanbulda 76 yaşında vəfat edib.
 ***
Atatürk bir gün Çankayada keçirilən toplantıya tələsirmiş. Sürücüyə də bildirir ki, mümkün olduğu qədər onu iclas olacaq yerə tez çatdırsın, çünki xeyli qonaqlar onu gözləyirdi. Amma keçdiyi yerlərin birində xalq onu böyük izdihamla qarşılayır. Atatürk maşından düşərək qısa müddətli onlara əl edir, hal-əhval tutur. Vaxtın azlığını əsas gətirərək maşına oturmaq istəyir. Elə bu zaman balaca uşaq ağlamağını eşidir. Baxıb görür ki, anasının qucağında toppuş bir uşaq əllərini ona uzadaraq ağlayır. Atatürk ona yaxınlaşıb qucağına alır və yanağından öpür. Uşaq da əllərini maşına doğru uzadır və təkid edib ağlayır. Anası da utana-utana Atatürkə deyir ki, uşağın istədiyi maşındır. Bir söz deməyən Atatürk uşaqla bərabər maşına oturur və onu gəzdirir.iclasa gecikməsinə baxmayaraq uşağı gətirib şəxsən özü anasına təhvil verir. Anası üzürxahlıq edəndə isə o, bu cavabı verir:
-Mən Türkiyənin sabahını gəzdirdim. Bu sabah hər şeydən və hər kəsdən önəmlidir.
Müstəqil.az
Genelkurmay arşivinden çıktı İşte Atatürkün az bilinen fotoğrafları
Genelkurmay arşivinden çıktı İşte Atatürkün az bilinen fotoğrafları
Genelkurmay arşivinden çıktı İşte Atatürkün az bilinen fotoğrafları
Genelkurmay arşivinden çıktı İşte Atatürkün az bilinen fotoğrafları
Genelkurmay arşivinden çıktı İşte Atatürkün az bilinen fotoğrafları

mersin escort