Xəyalın gözlərimə köçdü yoxluğunda

Dəniz Bağırova
Həsrətinə and olsun ki, unutmadım səni.
Unuda bilmədim, bacarmadım
Heç olmadı da hər şeyim.
And olsun ki həsrətinə,
Xəyalın gözlərimə köçdü yoxluğunda,
Hara baxdım səni gördüm.
Saydım təqvimdəki bütün günlərin saniyələrini,
Hesabladim yoxluğunda neçə yerə bölündüyümü.
Neçə kərə öldüyümü,
Neçə kərə röyalardan səni sayıqlayaraq oyandığımı
Xəritəsini çəkdim getdiyin yolların.
Həsrətinə and olsun ki
Yoxluğunda adın duam oldu,
zikr etdim saatlarca
Və mən ancaq sənin üçün darıxdım,
hər darıxdığımda…
Nə qədər üzsən də məni,
nə qədər incitsən də qirsan da,
And olsun ki həsrətinə
Hələ də ayağına daş dəysə,
Mənim ürəyim qanayır…
Və, həsrətinə and olsun ki,
Hər şeyə rəğmən razıyam indi də
Mən sənin saçlarını qarışdırım,
sən mənim həyatımı
Həsrətinə and olsun ki razıyam…

mersin escort