Tolstoydan həyat dərsləri…

Tanınmış Türkoloq, Professor Minə xanım Təkləlinin təqdimatında Rusiyanı dahi yazarı L.N.Tolustiyun həyatından dəqiqələri” Tolstoydan həyat dərsləri” adı ilə Müstəqil.Az-a təqdim edib:

Xahiş edirəm, bir daha mənim evimə gəlməyəsiniz…

Bir böyük dövlət adamı Yasnaya Polyanada 50 yaşlı Tolstoyun qonağıdır. O yazıçının “xoşuna gələn” mövzulardan söz salır: nəhayət söhbət həbsxanalara, burada artıq ləğv olunan bədən cəzaları üzərinə gəlib çıxır. Qonaq onların bərpa edilməsini sübuta çalışır; özünün vəhşi təkliflərini də işə salır: onun fikrincə, yüngül təqsirli dustaqları həbsxanaya salmaqdansa dövlətin xərci çıxmasın deyə onları günahları müqabilində döyüb azad etmək və ağır cəzaya məhkum olunmuş dustaqları isə uzaq düşərgələrdə saxlamaq, qaçmasınlar deyə onları… kor etməklə onları təhlükəsiz vəziyyətə gətirmək lazımdır. Tolstoy daha dayana bilmir, tüğyana gələn hiddətini boğaraq evindəki bu adlı-sanlı qonağa: xahiş edirəm, bir daha mənim evimə gəlməyəsiniz, deyə söhbətə nöqtə qoyur.

Müharibə gedir, heç nə yaza bilmirəm.

Rusların “din və can qardaşımız, slavyanlar” deyib neçə zamandan bəri körüklədiyi bolqarlar artıq üsyana qalxmış və nəticədə 1877-78-ci illərin Rus-Türk müharibəsi başlamışdı. Tolstoy 1877-nin sentyabrında N.Staxova məktubunda yazırdı: Müharibə gedir, heç nə yaza bilmirəm. Axı şəhərdə yanğın olanda da heç nə etmək olmur, hər şey səni ora çəkir…

Mən belə kənddən qaçsam yaxşıdır
Bərk qar yağıb hər yeri tutmuşdu; neçə gündən bəri əlinə bir şey keçməyən canavar kəndə girir. Elə ilk evin yanında bir səs eşidir: bir uşaq bərkdən ağlayır, nənəsi də uca səslə: ağlama, dayanmasan, bu saat səni canavara verəcəm, aparıb yesin… Canavar ümidlə evin tinində gizlənib gözləyir, gecə düşür… Evdəki uşaq yenə bərkdən ağlamağa başladıqda, canavar ümidlənir, lakin bu dəfə nənənin nəvazişli səsi gəlib qulağına dolur: ağlama, ağlama, heç səni canavara verərəm, gəlsə çıxıb yabanı qarnına soxacam… Canavar bunları eşidir və “bu kənddə bir şey deyib, başqa şey edirlər, mən belə kənddən qaçsam yaxşıdır” deyib üzünü başqa səmtə çevirir…

Anna Karenina həyatda kim idi?!

Yazıldığı vaxtdan 150 ilik bir zaman keçməsinə baxmayaraq Tolstoy dühasının bu möhtəşəm yadigarına maraq  az da olsa azalmamışdır. Həyatda da onu daim düşündürən ailə, onun xoşbəxtlik problemi mövzusu yazıçını düşündürmüş və əsərin yazılmasına təkan vermişdir. Ətrafında –  kübar cəmiyyətində ailə dramları yaşanırdı; bunlardan biri onu xüsusən bərk məşğul etmişdi. Qonşu mülkdə yaşayan Suxotina Mariya (qız familiyası: Dyakova)  ərini tərk edərək aşiq olduğu yüksək dövlət məmuru Ladıjenskiyə gedir. Əvvəlcə Karenina özünü Nevaya ataraq özünü öldürməli idi, lakin bu ərəfədə Yasnaya Polyanada qonşu mülkədar Bibikovun ev idarəçisi və vətəndaş nikahında yaşadığı Anna Piroqovanın özünü qataq altına ataraq intihar etməsi ona sevimli qəhrəmanını üçün də bu intihar növünü seçməyə gərək oldu. Həqiqətən, bütün xoşbəxt ailələr bir birinə bənzəyir, bədbəxt ailələr isə hərəsi bir cür bədbəxtdir…

Puşkinin qızı və Anna Karenina          

Tolstoyun etiraf etdiyinə görə Anna Karenina obrazının zahiri bənzəri də, daxili emosiyası da Puşkinin qızı Mariya Qartunq olmuşdur. 1868-ci ildə Tulada general Tulubyevin evindəki bir toplanışda   çay süfrəsi başında oturmuş yazıçını içəri daxil olan yeni qonaq öz gözəlliyi-məhz şərqli görkəmi, təmkinli, şahanə hərəkətləri, geyimi ilə heyrətə salır. Bir neçə il sonra yazdığı “Anna Karenina”da o şairin qızını nəqş edir, heç nəyi unutmadan. Boynunun ardındakı qıvırcıq həlqələrdən, gərdənindəki üç qatar inci boyunbağı əynindəki paltarla saçlarına taxdığı bənövşələrədək hər şeyi olduğu kimi əks edir. Vronski ilə ilk balda o eynilə həmin görkəmdə təsvir olunmuşdur.  Mariya Qartunqun rəssam İ.Makarovun çəkdiyi şəkli Tolstoy muzeyində saxlanılır; ona tamaşa etdikcə Anna Kareninanı bu gün də göz önünə gətirmiş oluruq.

 

“Aclıq çəkənlərə yeganə köməyimiz o olar ki…”

 

Tarixdəki aclıqlardan biri 1890-cı illərin qəhətlik illəri idi. Yazıçı Tolstoy, ailəsi və dostllarının təşkil etdiyi  yardım komissiyası aclıq çəkən kəndlilərə fəal köməklik göstərirdi. Amma yazıcı aktiv fəaliyyətinin tempini bir an soyutmasa da bir sual qarşısındaydı sanki: bu adamları – həmişə bizi yedirən-içirən zəhmətkeşləri nə deyib yedirək?! bu nə dərəcədə düzgündür-indi bizim onlara ehtiyac çəkməsin deyə vermək istədiyimiz şeyləri onlar özləri hasil etmişlər axı… Nəhayət dediklərini kəskin şəkildə yekunlaşdırıb yazırdı: “aclıq çəkənlərə yeganə köməyimiz o olar ki, biz onların boynundan düşək…”

Minə xanım TƏKLƏLİ

 

mersin escort