Məşhur ABŞ bankını 15 dollara necə aldatmaq olar?

 

Sarışın qadınlar həmişə digər rəngdə olan həmcinsləri ilə müqayisədə diqqəti daha çox çəkiblər. Bunun səbəbini axtarsaq, səthi izahların bombardmanına tutulacağıq. Amma ən tutarlı səbəblərdən biri onların daha seksual, daha cazibəli görünüşə malik olmasıdır. Hər halda çoxluq belə düşünür.

Digər alt səbəblərdən biri də əslində sarışınların digərlərinə nisbətən ağlı bir qarış havada olması ilə də izah oluna bilər. Sarışın qadınlar inciməsinlər, amma bu rəngdə qadınların cənnətində yaşayan qərb kişiləri belə hesab edirlər. Bəlkə də bunun dünya şöhrətli Merilin Monro ilə əlaqəsi var. Hər halda gözəl görünüşlü bu xanım özünün qeyri-ciddi, amma seksual görünüşü və filmləri ilə güman ki, fikirləri bu cür formalaşdıra bilib. Xüsusən də onun “Centlmenlər sarışın qadınlara üstünlük verir” filmindən sonra dünyanın bütün handabir kişiləri ağlı dayaz, dekoltesi dərin sarışınlara sevgili kimi daha çox müraciət ediblər.

Lakin həmişəki kimi kişilər yenə də yanılırlar. Sadə məntiqlə düşünsək, əgər sarışın qadınlar dünyanın idarəçiləri olan kişiləri barmaqlarında daha məharətlə oynada bilirlərsə, onda heç də dayaz düşüncəli deyillər. Əksinə daha hiyləgər və tədbirlidirlər ki, kişilərə istədikləri obrazı sırıya bilirlər. İnanmırsız? Bir misal çəkim, sarışın “kediciy”in məşhur ABŞ banklarından birini necə ələ saldığına gülün:

Gözəl, sarışın xanım səyahətə çıxarkən Nyu-Yorkdakı məşhur bir banka gedərək 5 min dollar kredit götürmək istədiyini bildirir. Bank işçisi girov olaraq nəyi qoyacağını ondan soruşanda xanım Rolls Royse maşınını göstərir. Karıxmış bankir qulaqlarına inanmadığı üçün təkrar soruşur:

– Xanım, cəmi 5 minlik kredit üçün 250 min dollarlıq Rolls Royse?

Sarışın qadın ədayla dodaqlarını büzərək başını təqdiq əlaməti kimi yelləyir və maşının açarlarını içşiyə təqdim edir. Arxasınca bank əməkdaşlarının onu necə axmaq adlandırıb, xısın-xısın güldüklərini eşitsə də əhəmiyyət vermir. İşçilər maşının bütün sənədlərini yoxlayaraq, qarajda iki həftəlik mühafizəyə göndərirlər.

Sarışın gözəl iki həftədən sonra istirahətdən qayıdıb 5 min dollarlıq krediti bağlayır və üstündən də 15 dollar 41 sent faizi ödəyir. Bu zaman bank əməkdaşı dözməyib soruşur:

– Miss, biz öyrənmişik ki, siz çox zəngin bir iş adamının dul xanımısınız. Və onun ölümündən sonra bütün varidatı sizə qalıb. Yəni milyonçusunuz. Cürətimi bağışlayın, amma 5 min dollar sizin üçün çərəz pulu olduğu halda niyə bu məbləğdə kredit götürürdünüz? Deyək ki, götürdünüz. Bəs girov olaraq 250 minlik maşını niyə qoyurdunuz?

Sarışın gözəl onu arxasınca axmaq adlandıran bu bank işçisini süzüb deyir:

– Bəs Nyu-York kimi kriminal bir şəhərdə 250 minlik maşını kimə əmanət edə bilərdim? Cəmi 15 dollar ödəyib, bu boyda bank əməkdaşlarını düz 2 həftə maşınıma gözü kimi baxmağa vadar elədim…

Şəfiqə ŞƏFA

mersin escort