Gürcüstanda 28 yaşlı qadın qarayaradan ölüb

Gürcüstanda il ərzində qarayara (Sibir xorası) xəstəliyindən ikinci ölüm hadisəsi qeydə alınıb.

Bu barədə Gürcüstanın Səhiyyə Nazirliyinə istinadən “İnterfaks” məlumat yayıb.

Bildirilir ki, ölən qadın 28 yaşlı Poti şəhər sakinidir. Ehtimal edilir ki, qadın tibb müəssisəsinə gec müraciət edib.

“Xəstəyə müvafiq tibbi yardım göstərilib, lakin, təəssüf ki, onun həyatını xilas etmək mümkün olmayyıb”, – deyə Səhiyyə Nazirliyinin Poti regional laboratoriyasının epidemioloqu Maka Qabunia bildirib.

Qeyd olunur ki, Poti əhalisi arasında təşvişə səbəb yoxdur.

2017-ci ilin sentyabrında Gürcüstanda qarayara xəstəliyindən birinci ölüm hadisəsi Acariyada qeydə alınıb.

Müstəqil.Az

mersin escort