Fransa kinosunun ən yaraşıqlı aktyoru 82 yaşında – FOTOLAR +

Bu gün Fransa kinosunun simvollarından biri – aktyor Alen Delonun 82 yaşı tamam olur.

 

Müstəqil.Az Modern.az-a istinadən xəbər verir ki, Parisdə anadan olan, məktəbdə xuliqan kimi ad çıxaran yaraşıqlı aktyor kolbasa satıcısının oğlu idi və gələcəkdə bu peşəyə sahib olmağı planlaşdırırdı. Lakin dünyanı görmək və yenilik gənc Alen Delonu Fransa-Vyetnam müharibəsinə gətirib çıxardır.

3 illik müharibə onun dünyagörüşünə əhəmiyyətli təsir göstərir və o, Fransaya döndükdən sonra aktyor olmaq barədə qəti qərar verir.

 

Onun iştirakı ilə ilk film – “Qadın müdaxilə edərkən” ekranlara çıxır. Öncə, kiçik və diqqət çəkməyən rollar ifa edən aktyor 1960-cı ildə “Qızmar Günəş Altında” filmində Tom Ripli rolu ilə əsl irəliləyiş edir. Həmən il Lukino Viskontinin “Rokko və onun qardaşları” filmində rol alan fransız ulduz Avropa kinosunun əsl ulduzuna çevrilir.

 

Filmoqrafiyasında 100-dən artıq film olan Alen Delon “Sezar” mükafatı qazanıb. Bundan başqa, “Leopard” filminə görə “Qızıl Qlobus” mükafatına layiq görülüb.

 

Müstəqil.Az

mersin escort