“Azərişıq”dan jurnalistlərə yeni təklif…

“Azərişıq” ASC elektroenergetikadan yazan jurnalistlər üçün təlimlər təşkil edəcək. Müstəqil.Az Modern.az-ın məlumatına görə bildirir ki, təlimin keçirilməsində əsas məqsəd bu sahədə çalışan jurnalistlərin praktik bilik səviyyələrini genişləndirmək və onları maraqlandıran sualları cavablandırmaqdan ibarətdir.
Təlimlər  Tədris Mərkəzində Səhmdar Cəmiyyətin müəllim əməkdaşları tərəfindən aparılacaq.

Noyabrayının 18-19 və 25-26-da təşkil ediləcək təlimlərin sonunda iştirakçılar sertifikatla təmin ediləcəklər.

Təlimlərdə iştirak etmək istəyən jurnalistlər özləri və çalışdıqları media qurumu haqqında məlumatları və mövzu ilə bağlı son 1 ildə dərc edilmiş məqalələrindən nümunələr göndərmələri xahiş olunur.

Müraciətləri noyabrın 12-dək tanriverdimustafayev@azerishiq.az ünvanına göndərə bilərsiniz. Seçilən iştirakçılar noyabr ayının 14-də məlumatlandırılacaqlar.

 

Müstəqil.Az

mersin escort