ABŞ-la Çin arasında 19 müqavilə imzalanıb

ABŞ Prezidenti Donald Trampın Çinə səfəri çərçivəsində iki ölkənin şirkətləri arasında 19 biznes müqaviləsi imzalanıb.

Ümumi dəyəri 9 milyard ABŞ dolları olan sənədlərin imzalanma mərasimində Çin Dövlət Şurası sədrinin (Baş nazir) müavini Van Yan və ABŞ-ın kommersiya naziri Uilbur Ross iştirak ediblər.

Çin KİV-ləri bildirir ki, müqavilələrdən biri ölkənin ən böyük internet ticarət şəbəkələrindən olan “JD.com”un ABŞ-dan 1,2 milyard dollarlıq mal və donuz əti alması ilə bağlıdır.

Qeyd edək ki, Çin ABŞ məhsullarının Kanada və Meksikadan sonra ən böyük üçüncü ixrac bazarıdır. ABŞ isə Çinin ən böyük ticarət tərəfdaşıdır.

Müstəqil.Az

mersin escort