Ər-Riyad şahzadələrin 800 milyardını dondurur

Səudiyyə Ərəbistanı hökuməti korrupsiya mübarizə çərçivəsində həbs edilən şəxslərin 800 milyard dollarlıq bank hesablarını dondurmağı planlaşdırır.

Müstəqil.Az xəbər verir ki, dünya mediası dondurulacaq məbləğin çox hissəsinin ölkə kənarında saxlanıldığını yazıb. Müsadirə edilən vəsaitin dövlət büdcəsindəki defisitin bağlanmasına yönəldiləcəyi bildirilib.

Qeyd edək ki, vəliəhd Məhəmməd bin Salmanın təzyiqi ilə Kral Salman ibn Əbdüləziz əs-Səud 4 noyabrda 10 şahzadə və 12 keçmiş nazirin həbs olunmasıyla bağlı qərar verib. Daha sonra isə kral ailəsi üzvlərindən həbs edilənlərin sayı 30-a çatıb.

Orxan

mersin escort