Trampdan İran qərarı: 38 ildir bitməyən qovğa…

ABŞ Prezidenti Donald Tramp İrana qarşı tətbiq edilən sanksiyaların daha bir il müddətinə uzadılması ilə bağlı qərar verib.

 

Müstəqil.Az  xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir.

 

Bildirilib ki, ABŞ-İran münasibətləri hələ də normallaşmayıb və bu səbəbdən Tramp 12170 saylı sərəncamla elan edilmiş fövqəladə vəziyyəti uzatmaq barədə qərarı yenidən imzalayıb.

 

Xatırladaq ki, 1979-cu ilin noyabrın 4-də İran İslam İnqilabının lideri Xomeyninin bir qrup radikal tərəfdarı ABŞ-ın İranı məhv etmə və casusluq planlarının olması fikrini əsas gətirərək bu ölkənin səfirliyinə hücum təşkil etmişdilər.

 

Hücum nəticəsində səfirlik binası dağıdılmış və 90-a yaxın şəxs girov götürülmüşdü.

 

O hadisələrdən ta bu günə kimi ABŞ-İran münasibətləri gərgin olaraq qalır.

Müstəqil.Az

mersin escort