Rusiya sərhəddə nəzarəti gücləndirdi – “taun” təhlükəsinə görə

Rusiya sərhədlərində sanitar-karantin nəzarəti gücləndirilib.

Müstəqil.Az  xəbər verir ki, bu addımın məqsədi Madaqaskarda tüğyan edən taun xəstəliyinin ölkəyə daxil olmasının qarşısını almaqdır.

Qeyd olunur ki, infeksiyanın qarşısının alınması üçün sərhəddə və nəzarət-buraxılış məntəqələrində əlavə tədbirlər görülür.

Rusiya sərhədlərində hər il 23 milyon yaxın adam nəzarətdən keçir. Məlumata görə, son beş il ərzində müxtəlif infeksiyaların ölkəyə daxil olması 2,5 dəfə artıb.

Qeyd edək ki, Madaqaskarda avqust ayından bu günədək 143 nəfər taundan dünyasının dəyişib, 2000-ə yaxın adamın isə xəstəliyə yoluxduğu bildirilir.

Müstəqil.Az

 

mersin escort