Məşhur aktrisa hər kəsin gözü qarşısında rəfiqəsi ilə öpüşdü – VİDEO

Keyt Uinslet “Hollivud Film” mükafatlarının təqdim olunma gecəsində qadın həmkarı ilə hər kəsin gözü qarşısında öpüşüb.

Müstəqil.Az  xarici mətbuata istinadən xəbər verir ki, dünən Los-Ancelesdə Hollivud Film Mükafatları təqdim olunub. “Oskar”, “Qremmi” və “Qızıl Qlobus” mükafatlarının sahibi olan aktrisa Keyt Uinslet çəkildiyi “Wonder Wheel” filmindəki roluna görə “Hollivud Aktrisası” mükafatına layiq görülüb.

 

Növbəti qalibin adını açıqlayan aktrisa mükafatını alması üçün həmkarı və yaxın rəfiqəsi Ellison Cenni səhnəyə dəvət edib. Cennini səhnədə təbrik edən Uinslet gözlənilmədən rəfiqəsinin dodaqlarına yapışıb və hamını heyrətə salıb.

Aktrisanın Ellison Cenni dodaqlarından öpməsi gecəyə damğa vurub. Uinslet bu hərəkətini rəfiqəsini sadəcə təbrik etmək istəməsi ilə izah edib.

mersin escort