Şamaxıda QORXUNC OLAY: 55 yaşlı kişi özünü 12 metrlik su quyusuna atdı

Şamaxı rayonunda 55 yaşlı kişi özünü su quyusuna ataraq intihara cəhd edib.

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Şərədil kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 1962-ci il təvəllüdlü Əlimuxtar Mayis oğlu Muxtarov özünü yaşadığı evin həyətində yerləşən 12 metir dərinliyi olan su quyusuna atıb. Bunu görən Ə.Muxtarovun qardaşı dərhal onu quyudan çıxarıb. Ağır bədən xəsarətləri alan Ə.Muxtarov Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

 

Xəstəxanadan “Report”un yerli bürosuna bildirilib ki, yaralı əməliyyat olunub, vəziyyəti ağırdır.

 

Yaxınlarının verdiyi məlumata görə, Ə.Muxtarov ruhi-əsəb xəstəsidir.

Müstəqil.Az

mersin escort