Qoşa Təpədə narkotik aşkarlandı

Biləsuvar Gömrük İdarəsinin Qoşa Təpə gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

 

Müstəqil.Az Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata istinadən bildirir ki, şəxsi yoxlama zamanı zərurət yarandığı üçün vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib.

 

Vətəndaşın düz bağırsağında 1 ədəd bükümdə xalis çəkisi 56,5 qram olan narkotik vasitə – heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Müstəqil.Az

mersin escort