Qasım bəy Zakir Osmanlı ordusunun məhvini istəyib?

Qoca Türk oxuyurdu:
Tuna nəhri axmam deyir,
Ətrafımı yıxmam deyir.
Şanı böyük Osman paşa
Plevnədən çıxmam dəyir…

 


Bu, 1877-78-ci il hərbində Plevnənin müdafiəsində mətanətlə duran qorxubilməz Qazi Osman Nuri paşa
şəninə qoşulan marşın başlanğıc bəndidir.

 

Tuna nəhri(Dunay) türk hərb qüdrətinin, şücaətinin dönə-dönə şahidi olmuşdu. Bu dəfəsində isə tarix 1877-ü göztərir. Mənimsə bu ilhamlı marş qədər, amma öz peşimanlığı, xəcaləti ilə fərqlənən başqa bir bənd də qulağımdan getmir: 


Eşitmişəm imperator sipahı
Dunay çayın keçib bir səhərgahı
Həqq-təala özü olsun pənahı
Şahənşah ordusu talansın gərək.


Qasım bəy Zakirin rus imperiya qoşununa vəsfən yazılan şeirində şairin gərək bildiyi şahənşah(Osmanlı) qoşununun məhvi, rus ordusuna isə “həqq-təalanın” pənah durması(?)dır.

Marş 1877-ci il, Zakirin vəsf etdiyi Dunay hadisələri isə 1828-29 müharibəsi ilə bağlı idi.

Fərq tarixdə idi

Əsir Osman Paşanın Plevnedə imperator II Aleksandra təqdimi”.

Rəssam Dmitri-Orenburqskinin işğal olunmuş (29 dek.1877) Plevnedə çəkdiyi şəkil: Ağır yaralı Osman Nuri paşa yavərlərinə söykənərək güclə ayaq üstə durmuş. Yaxınında duran isə tərcüməçi – yüzbaşı kumuk Usmiyevdir. Paşa Kişinyev və Xarkovda olmaqla əsirlikdə 2 il qalmış, sonra vətənə dönmüşdür.

Mina xanım Təkləli

mersin escort