Kral 40 nəfərin başına 30 milyon dollar pul qoydu

Səudiyyə Ərəbistanı Yəməndə teraktlar planlaşdıran, onu həyata keçirən və onlara dəstək olmaqda şübhəli bilinən 40 nəfərin başına pul mükafatı qoyub.

Müstəqil.Az xarici mediaya istinadla xəbər verir ki, siyahıya husilərin lideri Əbdülməlik əl-Husi başçılıq edir.

Onun harda olması ilə bağlı məlumat verən şəxsin 30 milyon dollar mükafat alacağı bildirilib.

Siyahıda həmçinin, husi döyüşçülərinin komandirlərinin də adları yer alıb. Onların hər birinə görə 20 milyon dollar mükafat vəd edilib.

Bundan başqa, husilərə yardım edən şəxslərə görə 5-10 milyon dollar veriləcəyi bildirilib.

Müstəqil.Az

mersin escort