Kişinin mədəsindən 639 mismar çıxdı – Video

Kəlküttə Tibb Kollecinin həkimləri hindistanlı pasiyentin mədəsindən 5 santimetr uzunluğunda olan 639 ədəd mismar çıxarıblar.

 

Müstəqil.Az xəbər verir ki, bu barədə məlumatı “Deyli Meyl” qəzeti yazıb. Qəzet kişinin mədə ağrısı şikayəti ilə xəstəxanaya aparıldığını və endoskopiyadan sonra xəstənin mədəsinin mismarla dolu olduğunun müəyyən edildiyini bildirib.

 

İki saatlıq əməliyyat zamanı cərrahlar pasiyentin qarnında 10 santimetrlik yarıq açaraq maqnitin köməyi ilə metalları çıxarmağı bacarıblar. Həkimlər mismarların iti olmasına baxmayaraq, xəstənin daxili orqanlarına heç bir ciddi ziyan dəymədiyini bildiriblər.

Müstəqil.Az

mersin escort