Zaxarova biabır oldu: Ben Laden hind müğənni çıxdı – Foto

Rusiyalı jurnalistlər Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Klinton haqqında iddialarını yalan çıxaracaq fakt aşkar ediblər.

Müstəqil.Az xəbər verir ki, oktyabrın 30-da Zaxarova “Rossiya 1” televiziyasında Hillari Klintonun dövlət katibi olduğu dönəmdə Üsamə Ben Ladenin Ağ Evdə qəbul edildiyini bildirib. Zaxarova buna əsas sübut kimi Ben Ladenlə Klintonun bir müddət öncə yayılmış fotosunu göstərib. XİN nümayəndəsi ABŞ-ın bununla qlobal terrorizmə sponsorluq etdiyini söyləyib.

Rusiyalı jurnalistlər isə Zaxarovanın yalan dediyini bildiriblər. Onların sözlərinə görə, Zaxarovanın iddia etdiyi foto əslində saxtadır. Belə ki, bu fotoda əslində Əl Qaidənin keçmiş lideri Üsamə Ben Laden yox, hindistanlı müğənni Şubxaşişem Mukherci dayanıb. Mukhercinin yerinə buraya sonradan Ben Ladenin görüntüsü montaj edilib.

Müstəqil.Az

mersin escort