Livanın baş naziri istefa səbəblərini açıqladı

Bu gün vəzifəsindən istefa verən Livanın baş naziri Saad Həriri bu addımının səbəbini açıqlayıb.

Müstəqil.AZ xəbər verir ki, Həriri bəyan edib ki, ona qarşı sui-qəsd hazırlanıb. O, İranı ərəb dövlətlərini dağıtmaq cəhdində günahlandırıb.

Saad Həriri hazırda ölkədəki vəziyyətin atasının sui-qəsdə uğradığı dövrün ab-havası ilə oxşar olduğunu deyib: “Biz Rafik Həririnin öldürüldüyü günlərin atmosferində yaşayırıq. Hiss edirəm ki, həyatıma sui-qəsd üçün gizli bir şey hazırlanır”.

Qeyd edək ki, Saad Həririnin atası Rafik Həriri Livanın baş naziri olub və 2005-ci ildə sui-qəsd nəticəsində öldürülüb.

Müstəqil.AZ 

mersin escort