Ər-Riyad aeroportuna tərəf ballistik raket atıldı

Yəmən Ər-Riyad aeroportuna tərəf ballistik raketi buraxıb.

“Əl-Arabiya”nın məlumatına görə, Səudiyyənin Hava Hücumundan Müdafiə vasitələri raketi yaxalamağı bacarıb. Dəqiqləşdirilir ki, söhbət Kral Xalid beynəlxalq aeroportundan gedir.

Qeyd edək ki, uzun müddətdir Yəməndə Hüsi və keçmiş prezident Əli Abdullah Salehi müdafiə edən qruplaşmalarla əksər ərəb dövlətləri tərəfindən dəstəklənən hazırkı prezident Əbd-Rəbbu Mənsur Hadi tərəfdarları arasında vətəndaş müharibəsi davam edir.

Müstəqil.Az

mersin escort