Tramp FES rəhbərliyinə namizədini elan etdi

ABŞ prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FES) rəhbəri postuna namizədinin adını açıqlayıb.

Müstəqil.Az xarici KİV-ə istinadən bildirir ki, Trampın namizədi Cerom Paueldir. Prezident qərarını jurnalistlərə bu gün Ağ Evdə Cerom Pauelin iştirakı ilə keçirilən mətbuat konfransında açıqlayıb.

Sərmayəçi bankir C. Pauel əvvəllər ABŞ maliyyə nazirinin müavini vəzifəsində çalışıb. 2012-ci ildən FES İdarə Heyətinin üzvüdür.

Onun namizədliyi ABŞ Senatı tərəfindən təsdiqlənməlidir.

Xatırladaq ki, FES-in hazırkı rəhbəri Janet Yellenin səlahiyyət müddəti 2018-ci ilin fevralında başa çatacaq. Tramp onu baza faiz dərəcəsini aşağı səviyyədə saxlamaq siyasətinə görə dəfələrlə sərt tənqid edib.

Müstəqil.Az

mersin escort