İndoneziyada yeni tapılmış nəhəng meymun növü…

İndoneziyanın Sumatra adasında “Tapanuli” adlı yeni meymun növü kəşf edilib.

Müstəqil.Az  xəbər verir ki, elm adamları bu adada yaşayan azsaylı oranqutanları araşdırıb və onların daha öncədən məlum olmayan “böyük meymun” növü olduğunu təsbit edib.

 

Araşdırma Liverpul, Zürix Universitetləri və Sumatra oranqutanlarını Qoruma Proqramının araşdırmaçıları tərəfindən ortaq layihə əsasında aparılıb. Araşdırma qrupu bölgəyə ilk dəfə 1997-ci ildə gedib və burada davranışları, genetikası digərlərindən fərqli olan meymunlar aşkar edib. Lakin bu mövzuda ətraflı araşdırma sənədləri yazılmayıb.

 

2013-cü ildə həmin bölgədə sözügedən meymun növünə bənzəyən meymun skeleti tapılıb. Alimlər bu skeleton kəllə sümüyü və dişlərində ciddi fərqliliklər aşkar edib. Onlar bu meymunların son 100 ildə kəşf edilən ən böyük meymun növü olduğunu bildirib.

“Tanapuli” növünün 800 nümayəndəsi olduğuna görə bu oranqutanların nəsli kəsilmək təhlükəsi altındadır.

“Böyük meymunlar” olaraq sinifləndirilən qrup hazırda Sumatra və Borneo oranqutanları, Şərq və Qərb qorillaları, şimpanzelər və bonoboların daxil olduğu 6 növdən qurulub.

 

Müstəqil.Az

mersin escort