“Natəvan” klubunda “Adın Azadlıqdır” – Foto

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda mərhum şair Nurəngiz Günün xatirəsinə həsr olunan “Adın Azadlıqdır” Güney Azərbaycan şeir antologiyasının təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Qənirə Paşayeva, Nurəngiz Günün qızı, millət vəkili Jalə Əliyeva və şairlər, yazıçılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan şair Sayman Aruz Nurəngiz Günün yaradıcılığından danışıb. O bildirib ki, Şimali və Cənubi Azərbaycan ədəbiyyatı hər zaman vəhdətdə olub:

“Vaxtilə Balaş Azəroğlunun, Söhrab Tahirin AYB-nin Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinə rəhbərlik etməsi hər iki ədəbiyyat arasında körpü rolunu oynayıb. İndi həmin rolu davam etdirməliyik. Bacardığımız qədər bu istiqamətdə çalışırıq”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Nurəngiz Günün şairliyindən söz açıb və onu sevə-sevə oxuduğunu bildirib.

Millət vəkili Qənirə Paşayeva antologiya haqda danışaraq, Şimali və Cənubi Azərbaycan ədəbiyyatının bu gün daha da yaxın olmasından bəhs edib:

“Hər zaman Nurəngiz Günün yaradıcılığına və şəxsiyyətinə dərin hörmət etmişəm. Onun Azərbaycan ədəbiyyatına xidməti dəyərləndirilir və inanıram ki, bu, gələcəkdə də belə olacaq”.

Güneyli şair Dinməz Türk də həm Nurəngiz Günün yaradıcılığından, həm də ədəbiyyatımızın durumundan söz açıb.

Tədbir qonaqların çıxışları ilə davam edib.

Qeyd edək ki, “Adın Azadlıqdır” antologiyası Azərbaycan Yazıçılar Birliyi və Avrasiya Sənət, Kültür, Elm və Ədəbiyyat Federasiyasının (ASKEF) birgə layihəsi əsasında çap olunub.

Faiq, Nərmin

mersin escort