Kataloniya hökumətinin 8 üzvü barədə həbs qərarı verildi

İspaniya Milli Məhkəmə Palatasının hakimi Kataloniya hökumətinin 8 sabiq üzvü barəsində həbs qətimkan tədbiri seçib.

APA-nın verdiyi xəbərə görə, həbs edilənlər arasında həmçinin muxtar bölgə hökuməti rəhbərinin müavini Oriol Junkerasın olduğu bildirilir.

Hakim Kataloniya hökumətinin sahibkarlıq məsələləri üzrə sabiq müşaviri Santi Vilanın 50 min avro girov ödəmək şərti ilə azadlıqda qalmasına qərar verib. S.Vila Kataloniya parlamentinin müstəqillik elan etməsindən bir gün əvvəl tutduğu vəzifədən istefa verib.

Qeyd edək ki, Karles Puçdemon və bölgə hökumətinin keçmiş üzvləri (ümumilikdə 14 nəfər) ifadə vermək üçün bir neçə gün əvvəl İspaniyanın Milli Məhkəmə Palatasına çağırılıblar. Onlara 2-3 noyabr tarixlərində məhkəməyə gəlmək tapşırılıb.

Gəlməyəcəkləri təqdirdə onların barəsində axtarış elan ediləcəyi və həbs qətimkan tədbiri seçiləcəyi bildirilmişdi.

Kataloniya hökumətinin keçmiş üzvləri üsyan və qiyamın təşkilində, dövlət vəsaitlərin israf edilməsində ittiham olunurlar. Ölkə qanunvericiliyinə görə, bu ittihamlar üzrə 30 ilədək həbs cəzası nəzərdə tutulur.

Müstəqil.Az

mersin escort