Sağlamlıq imkanları məhdud gənclər Türkiyədə təlim keçəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən daha 4 nəfər gənc Mərkəzin təlimçilərindən ibarət 4 nəfər müşahidəçi ilə birgə Türkiyəyə təlim səfərinə yola salınıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, onlar Türkiyənin Ankara şəhərində sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyası ilə məşğul olan müxtəlif dərnəklərin təcrübəsi ilə tanış olacaq, ayrı-ayrı peşə hazırlığı kurslarında iştirak edəcəklər. Gənclərin Türkiyədə bir sıra sosial reabilitasiya yönümlü tədbirlərdə iştirakına, qardaş ölkənin tarixi və görməli yerləri ilə tanışlığına da şərait yaradılacaq. Təlim səfəri “Azərbaycandan və Türkiyədən olan sağlamlıq imkanları məhdud gənclərin mübadilə Proqramı”nın

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən daha 4 nəfər gənc Mərkəzin təlimçilərindən ibarət 4 nəfər müşahidəçi ilə birgə Türkiyəyə təlim səfərinə yola salınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, onlar Türkiyənin Ankara şəhərində sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyası ilə məşğul olan müxtəlif dərnəklərin təcrübəsi ilə tanış olacaq, ayrı-ayrı peşə hazırlığı kurslarında iştirak edəcəklər. Gənclərin Türkiyədə bir sıra sosial reabilitasiya yönümlü tədbirlərdə iştirakına, qardaş ölkənin tarixi və görməli yerləri ilə tanışlığına da şərait yaradılacaq.

Təlim səfəri “Azərbaycandan və Türkiyədən olan sağlamlıq imkanları məhdud gənclərin mübadilə Proqramı”nın icrası ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondu və “Sağlam Düşüncə” Gənclər Təşkilatı İctimai Birliyi arasında bu ilin aprel ayında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən təşkil olunur. Proqram iki ölkənin sağlamlıq imkanları məhdud gənclərinin qarşılıqlı səfərlərinin təşkil edilməsi, bu səfərlər çərçivəsində bir-biri ilə sıx ünsiyyət mühitinə malik olmalarına, peşə reabilitasiyası tədbirlərində qarşılıqlı iştirakına şərait yaradılması məqsədinə xidmət edir. Bu sahədə görülən işlərin ilk mərhələsi kimi, cari ilin may-sentyabr aylarında ayrı-ayrı qruplar şəklində Türkiyədən 15 nəfər sağlamlıq imkanları məhdud gəncin hər birinin bir nəfər müşahidəçi ilə birgə ölkəmizə təlim səfəri təşkil olunub. Onlar 15 gün müddətində 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində qalaraq burada peşə hazırlığı kurslarında iştirak ediblər.

Ötən ayın ortalarından isə həmin Mərkəzdən sağlamlıq imkanları məhdud gənclərin ayrı-ayrı qruplar formasında qardaş ölkəyə göndərilməsinə başlanılıb. Ümumilikdə 20 nəfər gəncin hər birinin bir müşahidəçi ilə bərabər Türkiyədə 15 gün müddətinə təlim səfərinin təşkili planlaşdırılıb və onlardan artıq 8 nəfər gənc 8 nəfər müşahidəçi ilə birgə Ankaraya yola salınıb.

Yola salınan gənclər ölkəmizdə əlilliyi olan şəxslərin reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası, onların diqqət və qayğı ilə əhatə olunması məqsədilə aparılan fəal dövlət siyasətinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, Türkiyəyə təlim səfərinə göndərildiklərinə görə sevinc hissi keçirdiklərini bildiriblər.

mersin escort