Rafiq Hüseynovun vida və dəfn mərasimi təxirə salındı

Xalq artisti, məşhur diktor Rafiq Hüseynovun sabaha planlaşdırılan vida və dəfn mərasimi təxirə salınıb.

Bu barədə APA-ya Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.

 

O bildirib ki, xalq artistinin cənazəsinin Bakıya gətirilməsində texniki problemlər yaranıb: “Mənə məlumat verdilər ki, Almaniyada sənədləşdirmə işlərində problem yaranıb. Cənazə sabah Bakı vaxtı ilə 17:00-da Bakıya göndəriləcək”.

 

Həyat yoldaşı əlavə edib ki, xalq artisti ilə vida mərasimi noyabrın 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında saat 10:00-dan 12:00-dək keçiriləcək.

 

Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək.

 

Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi.

 

Müstəqil.Az

 

mersin escort