“Lotu Quli”nin kirvəsi ifadə verməkdən imtina etdi

Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Alllahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə vəkili vəsatətlə çıxış edərək bildirib ki, müvəkkili tutulan zaman təzyiqlərə məruz qalıb:

 

“Ona vəkil çağırmağa imkan verməyiblər. Yalandan qeyd edilib ki, guya Məhəbbət Namazovun vəkil tutmağa imkanı olmayıb. Dövlət tərəfindən tutulan vəkil isə Oqtay Əliyev olub. Ona heç bir hüquqi yardım etməyib. Ona görə də, istintaq zamanı vəkil olan şəxsin şahid qismində dindirilməsini istəyirik. Həmçinin işdə qanun pozuntuları olduğu üçün istintaqı aparan müstəntiqin və hal şahidlərinin də məhkəməyə gələrək dindirilməsini istəyirik”.

 

 

Prokuror Sabir Abdinov vəsatətlərin təmin edilməməsini istəyib.

 

Daha sonra vəkil yenidən vəsatət verərək xətşünaslıq ekspertizasının keçirilməsini istəyib: “Cinayət işindəki imzaların müvəkkilimə aid olub-olmması məlum deyil. Ona görə də ekspertiza keçirilməlidir”.

 

Vəsatət təmin edilməyib.

 

Məhəbbət Namazova ifadə vermək təklif olunsa da, o indiki mərhələdə ifadə verməyib: “Daha sonra çıxış edəcəm”.

 

 

Məhkəmə noyabrın 8-ə təyin edilib.

 

 

Qeyd edək ki, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən “Makarov” tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.

 

Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb. Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

 

 

Müstəqil.Az

mersin escort