Jirinovskinin müsəlman qadınları təhqirinə – Etiraz

Rusiya Dumasının üzvü, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bu dəfə müsəlman qadınlarını təhqir edib. Deputat planetdə demoqrafiya və ərzaq problemləri barədə aparılan danışıqlar zamanı bunları deyib:

 

“Bütün dünya xalqlarına diqqət yetirsək, görərik ki, müsəlman qadınları hamıdan fərqlənir. Müsəlman qadınları çoxlu uşaq dünyaya gətirirlər. Bu planetdə artıq insanlar var. Əgər yumşaq desək, onlardan pis qoxular gəlir. Bu, müsəlman qadınlarıdır”.

 

Kult.az rusiyalı deputatın bu sözlərinə tanınmış yazarlarımızın münasibətini öyrənib:

 

Şair Əkbər Qoşalı: “Qadının qoxusu onun din mənsubiyyəti ilə müəyyənləşmir. Jirinovskaya soyadlı birindən nə iy gəldiyini, məsələn, ayı piyi qoxuyub-qoxumadığını isə adını çəkdiyiniz nəfər özü daha yaxşı bilər”.

 

Yazar Xalid Kazımlı: “Dünyada dinindən, irqindən, milliyyətindən asılı olmayaraq, pinti və təmizkar insanlar var. İt iyi verən fransız da var, alman da, rus da. Eyni zamanda gül iyi verən nepallı da var, təbrizli də, lionlu da. İy məsələsinin millətə dəxli yoxdur. Jirinovski həmişəki kimi, öz diletant və irqçi çıxışlarından birini edib. Bu adam psixopatdır. Psixopatın danışdıqlarını ciddiyə almaq olmaz”.

 

Şair Ramiz Qusarçaylı: “Jirinovski qeyri-ciddi adamdır, onun sözlərinin mənəvi qoxusu olmayıb, onun sözlərindən təlimatlı siyasət iyi gəlib həmişə. Qadın qoxusunu – müsəlmanından, rusundan asılı olmayaraq, Jirinovski kimi pərakəndə ağıl və qəddar könül sahibləri dəyərləndirə bilməzlər”.

Faiq Balabəyli

mersin escort