“Azərbaycan-Türkiyə münasibətləri bütün dünya ölkələri üçün nümunə ola bilər”

<em><strong>Bakıda keçirilən Strateji Əməkdaşlıq Şurasının növbəti iclası Azərbaycanla Türkiyə arasında ən yüksək səviyyədə olan əlaqələrin uğurlu davamıdır.</strong></em> Bunu Trend-ə açıqlamasında millət vəkili <strong>Tahir Kərimli </strong>deyib. <img src="https://img.milli.az/n/elnur/06/10/tahir_kerimli.jpg" alt="" /> Millət vəkili bildirib ki, istər Şuranın bugünki toplantısı, istərsə də təkbətək görüşdə müzakirə edilən məsələlər iki ölkə arasındakı möhkəm və sıx əməkdaşlığı daha da gücləndirəcək: "Türkiyə ilə Azərbaycanın qardaşlıq münasibətləri bütün dünya ölkələri üçün nümunə ola bilər. İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasındakı görüşdə əldə edilən razılaşmalar eyni zamanda sübut etdi ki, Azərbaycanla Türkiyə arasında istər hərbi, istərsə də digər sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edəcək. Bu əməkdaşlıq, bu birl

Bakıda keçirilən Strateji Əməkdaşlıq Şurasının növbəti iclası Azərbaycanla Türkiyə arasında ən yüksək səviyyədə olan əlaqələrin uğurlu davamıdır.

Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Millət vəkili bildirib ki, istər Şuranın bugünki toplantısı, istərsə də təkbətək görüşdə müzakirə edilən məsələlər iki ölkə arasındakı möhkəm və sıx əməkdaşlığı daha da gücləndirəcək: “Türkiyə ilə Azərbaycanın qardaşlıq münasibətləri bütün dünya ölkələri üçün nümunə ola bilər. İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasındakı görüşdə əldə edilən razılaşmalar eyni zamanda sübut etdi ki, Azərbaycanla Türkiyə arasında istər hərbi, istərsə də digər sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edəcək. Bu əməkdaşlıq, bu birlik təkcə dövlətlər deyil, millətlər səviyyəsində də mövcuddur. Bu görüş Azərbaycan və Türkiyəni istəyənlər və istəməyənlər üçün güclü bir mesajdır”.

Qeyd edək ki, oktyabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib.

mersin escort