Türkiyənin yük gəmisi batdı: 11 nəfər itkin düşdü

Türkiyənin yük gəmisi batıb.

 

Müstəqil.Az xəbər verir ki, Bursanın Gəmlik rayonunun Roda limanından ötən cümə günü dəmir tozu yükləyib Qara Dəniz Ərəyli Limanına getmək üçün yola çıxan gəminin İstanbula yaxın Şilə sularında batdığı bildirilib.

 

“Bilal Bal” adlı gəmi idarəetmədən çıxaraq qəzaya uğrayıb. Qəza anında dənizdə küləyin sürəti 38-49 m/s olub.

 

Gəmidəki 11 nəfərlik ekipajın da itkin düşdüyü bildirilib.

 

Türkiyə donanması gəminin yerini müəyyən edib. Axtarışlar davam edir.

Müstəqil.Az

mersin escort