Rusiya İŞİD-in Suriyadakı mövqelərinə raket zərbələri endirdi

Rusiya Aralıq dənizindən İŞİD-in Suriyadakı mövqelərinə raket zərbələri endirib.

 

 

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

 

Bildirilib ki, Rusiyanın “Velikiy Novqorod” sualtı qayığı Aralıq dənizindən Suriyanın Deyr-əz-Zor əyalətindəki İŞİD terror qruplaşmasının vacib hesab edilən mövqelərinə və obyektlərinə “Kalibr” qanadlı raketləri ilə zərbələr endirib.

 

 

“Raket atəşi nəticəsində Deyr-əz-Zor əyalətinin Əbu-Kəmal yaşayış məntəqəsi yaxınlığında İŞİD terrorçularının idarəetmə məntəqələri, iri silah-sursat anbarı, zirehli texnikası məhv edilib”, – Rusiya Müdafiə Nazirliyindən deyilib.

 

 

Müstəqil.Az

 

mersin escort