“Qarabağ” “Atletiko”ya qalib gəldi

Ağdamın “Qarabağ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu Madridin “Atletiko” kollektivi ilə keçirib.

 

Müstəqil.Az xəbər verir ki, baş hakim Stefan Klossnerin idarə etdiyi görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Oyunda yeganə qolu matçın ilk hissəsinin 45-ci dəqiqəsində Azərbaycan çempionunun heyətində Yaroslav Deda vurub. Bununla da “C” qrupunda yer alan “Qarabağ” ilk qələbəsini qazanıb.

 

Qeyd edək ki, bu qrupda “Çelsi”, “Roma” və “Atletiko” kollektivləri altı xalla birinci, ikinci və üçüncü yerləri bölüşürlər. “Qarabağ” isə üç xalla sonuncu pillədə qərarlaşıb.

Müstəqil.Az

mersin escort