Putini öldürmək istəyən çeçen komandirin arvadı öldürüldü

Rusiya prezidenti Vladimir Putinə sui-qəsd cəhdində günahlandırılan Adam Osmayevə Ukraynada hücum olub.

 

Müstəqil.Az  yerli mətbuata istinadən bildirir ki, bir ildə iki dəfə Ukraynada yaralanan Adam Osmayev bildirib ki, arvadı hücumda öldürülüb: “Bu, bizə qarşı sui-qəsddir. Maşına güllələr dəydi və mən arvadim Əminəyə kömək etməyə çalışdım. Ancaq güllə onun başına dəymişdi”.

 

Qeyd edək ki, hadisə 30 oktyabrda baş verib. Osmayevə birinci hücum isə 1 iyunda olmuşdu.

 

Jurnalist adı ilə Osmayevlə görüşən killer Ukraynadakı Cövhər Dudayev adına könüllülərdən ibarət batalyonun komandirinə bir neçə dəfə atəş açıb. Killer həmin zaman orda olan Okuyev tərəfindən güllələnib. Sözügedən şəxs   ukraynalı nazir Arsen Avakovun Okuyevə hədiyyə olaraq verdiyi silahla öldürülüb.

 

Cebhe.info xatırladır ki, Osmayev 2012-ci ilin 4 fevralında Ukrayna və Rusiya hüquq-mühafizə orqanlarının birgə əməliyyatı nəticəsində saxlanılmışdı. O, Rusiya prezidenti Vladimir Putinə siu-qəsddə günahlandırılmışdı. 2014-cü il noyabrında isə azadlığa buraxıldı.

Xəzər

mersin escort