Özünü kriminala fəda edən Fədayə kimdir? – Təzadlı ömür

Dünən müğənni Fədayə Laçın (Məmmədova Fədayə Baris qızı) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilməsi cəmiyyətdə şok effekti yaratdı. İndi bütün ölkə müğənni Fədayə Laçından danışır. Onun “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədova görə özünü fəda etməsi isə əsas müzakirə predmetidir.

 

Müstəqil.Az xəbər verir ki, uzun illərdir ifaçılıq edən F.Laçın daim şəxsi münasibətləri və bu münasibətlərə görə yaranmış qalmaqallarla gündəmdə olub.

 

 

Fədayə Məmmədova Baris qızı 1977-ci il 3 iyun tarixində Laçın şəhərində dünyaya göz açıb. Bir dəfə ailəli olan xanım müğənninin bu münasibətdən 22 yaşlı oğlu var. Övladı kiçik yaşlarında olarkən həyat yoldaşı onu tərk edərək Rusiyaya gedib. Oğlunu tək böyütməyə məcbur olan F.Laçın elə o zamandan müğənniliyə başlayıb. İfaçı özünün müğənniliyə başlamasını belə izah edir:

 

“Oğluma lay-lay deyən zaman hiss etdim ki, Allah mənə bu səsi hədiyyə göndərib. Sonra ailəmin dəstəyi ilə mahnılar ifa etməyə başladım”.

 

F.Laçına bu yolda mərhum muğam ustası İslam Rzayev dəstək olub. O, İ.Rzayevin tələbəsi olub və ifaçılığın sirlərini ondan öyrənib. Məhz İslam Rzayev onu Fədayə Laçın kimi tanıdıb.

 

Kriminal aləmə yaxınlığı ilə məşhurlaşan müğənni bir müddət öncə duet ortağı və həmkarı Tacir Şahmalıoğlu ilə yaşadığı sevgi münasibətinə görə gündəmə düşmüşdü. Hər iki müğənni münasibətlərini gizlətməyərək bu haqda etiraflar etmişdilər.

 

Xanım müğənninin hazırda 22 yaşlı oğlu var. Məlumata görə, ifaçının oğlu şairdir və qəzəllər yazır. F.Laçın dəvət aldığı televiziya verilişlərinə bəzən oğlu ilə də çıxıb. Açıqlamalarında hər zaman həyatını oğluna həsr etdiyini deyən ifaçı bundan sonra ana olmaq fikrində olmadığını bildirib. Müğənni həbs edilməmişdən əvvəl saytların birinə verdiyi açıqlamada bildirib ki, bundan sonra evlənmək fikri də yoxdur.

 

Sitat: “Mənim 22 yaşında oğlum var və uzun illərdir həyatımı ona həsr etmişəm. Bundan sonra bu yaşda uşaq dünyaya gətirməyi də düşünmürəm”.

 

Qeyd edək ki, oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Nigar İxtiyarqızı

mersin escort