İlahi, işiğa göndərdin məni günah içindəymiş sən deyən tərəf !

Əli HACInın yeni şeirləri

 

 

İsti yerdə seviśmədik,
şaxta vurdu sevgimizi.
vaxtimızı yuxu yedi
yel qurutdu bəxtimizi.

 

Təzə heç nəyi olmadı
gecəsi, sabahı tanıś.
“İncil”, “Zəbur”, “Tövrət”, “Quran”
Dünyanın Allahı tanış.

Bir yoldayam, yolum çətin
günümə ağlamır çətrim.
özüm arxamca atmağa
durum bir az su gətirim.

***

Günah yiyəsiyəm mən də, İlahi… !
gölgəmi tapdayıb, yolu tozladım
ötən günlərimin xatirəsini
gələn günlərimin adına pozdum !

gedişim əzəldən odla oynayıb,
bozardıb halımı yel döyən tərəf.
İlahi! İşiğa göndərdin məni
günah içindəymiş sən deyən tərəf !

Gələndə yol boyu qarışıq düşüb
bu daşın, kəssəyin gününə günüm !
gedim bu daş evdən, palçıq evimə
günah içindəyəm, mən də yuyunum…!

****

daşa dəyir sözlərim
daşın oxşasın məni.
dur əynimə ağrı tik
ağır saxlasın məni !

görən bilməz halımı
öz dəlisidi hamı.
söz dəlisi adamı
çağır yoxlasın məni.

gün də batıb yoluma
duz qurban de yarama.
Allah görər ağlama
gölgən ağlasın məni !

mersin escort