Həyatımda həm kişilər, həm qadınlar olub… – Şok etiraf

Oskar ödüllü məşhur aktyor Kevin Speys rəsmi Tvitter hesabında illər sonra haqqında çıxan təcavüz iddiasına cavab verib.

 

Müstəqil.Az Teleqraf.com-a istinadən xəbər verir ki, aktyor Antoni Rapp 1986-ci ildə hələ 14 yaşında olarkən Speysin evinə getdiyini və məşhur aktyor tərəfindən təcavüz cəhdinə məruz qaldığını bildirəndən sonra Speys Tvitter hesabında iddiaya belə cavab verib:

 

“Bütün səmimiyyətimlə deməliyəm ki, 30 il əvvəl olmuş bu hadisəni xatırlamıram. Ancaq hadisələr onun dediyi kimi baş veribsə, ona çox sərxoş olduğum zaman baş verən bu davranışma və bu illər ərzində səbəb olduğum sarsıntılara görə üzr istəyirəm. Rappın dediyi bu hadisə məni həyatımla əlaqədar başqa mövzularda cəsarətləndirdi. Şəxsi həyatımla bağlı bir çox şayiələr gəzdiyini bilirəm. Ən yaxın dostlarım bilir ki, həyatımda həm kişilər, həm qadınlarla əlaqələrim olub. Həyatım boyunca kişilərlə romantik əlaqələr yaşadım və aşiq oldum. İndi də həyatımı homoseksual bir kişi olaraq davam etdirməyi seçirəm. Bu reallıqla bağlı açıq və dürüst bir şəkildə üzləşməliyəm, bu da davranışlarımı gözdən keçirmək ilə başlayır”.

 

Müstəqil.Az

mersin escort