BTQ-yə dəstək olan ilk ölkə olmuşuq

<strong>Bu gün gerçəkləşən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Türkiyəyə və Şərqi Avropaya, Aralıq dənizinə çıxışı təmin edir. O, həm də Avropaya qədər uzanacaq və Transxəzər beynəlxalq daşımalarında əsas təməl layihələrdən biri olacaq. Bu yeni dəmir yolu ölkələrimizin nəqliyyat və logistik imkanlarının inkişaf etdirilməsinə töhfə verəcək.</strong> Bu fikirləri Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı mərasimində Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev bildirib. “Biz Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılmasını dəstəkləyən ilk ölkə olmuşuq. Bu qərar Qazaxıstanın və Çinin dəstəyi ilə Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən 2016-cı ildə qəbul edilib. Bu mühüm qərarın paytaxtımız Astanada qəbul edilməsi bizim üçün rəmzi xarakter daşıyır. Layihə Qazaxıstanın Xəzər infrastrukturunda yük axını layihələrini stimullaşdırır, optimal logistikanı fo

Bu gün gerçəkləşən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Türkiyəyə və Şərqi Avropaya, Aralıq dənizinə çıxışı təmin edir. O, həm də Avropaya qədər uzanacaq və Transxəzər beynəlxalq daşımalarında əsas təməl layihələrdən biri olacaq. Bu yeni dəmir yolu ölkələrimizin nəqliyyat və logistik imkanlarının inkişaf etdirilməsinə töhfə verəcək.

Bu fikirləri Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı mərasimində Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev bildirib.

“Biz Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılmasını dəstəkləyən ilk ölkə olmuşuq. Bu qərar Qazaxıstanın və Çinin dəstəyi ilə Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən 2016-cı ildə qəbul edilib. Bu mühüm qərarın paytaxtımız Astanada qəbul edilməsi bizim üçün rəmzi xarakter daşıyır. Layihə Qazaxıstanın Xəzər infrastrukturunda yük axını layihələrini stimullaşdırır, optimal logistikanı formalaşdırır, regionda iqtisadi artımı və ticarəti genişləndirir”, – deyə Baş nazir qeyd edib.

Bakıtjan Saqintayev əminliklə deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizi regional ticarətin inkişafına hissolunacaq təkan verəcək. O, iqtisadi artım üçün əlavə potensial yaradacaq. Dəhliz bütün Cənubi Qafqaz regionunun sabit və təhlükəsiz inkişafına stimul olacaq.

mersin escort