15 yaşlı milyarder…

Belhasa Raşedin cəmi 15 yaşı olsa da, Dubayın ən zəngin gənclərindən biridir.

Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, Raşedin özünə aid heyvanxanası var. Dubaylı milyarderin oğlu həm də maşın həvəskarıdır. Onun çox sayda lüks avtomobilləri olsa da, hələ ki, sükan arxasında oturmur. Bunun üçün daha 3 il gözləməlidir.

 

“Yutub” və “İnstaqram”da “Pullu oğlan” kimi tanınan Raşed Saif Belhasa Dubayda inşaat sektorunda tanınan milyarder Saif Ahmed belhasanın oğludur. O da atası kimi dəbdəbəli həyat tərzinə üstünlük vermir.

 

Raşedin “İnstaqram”da 860 min təqibçisi, “Yutub”da isə 779 min abunəçisi var. o, həm də Messi və DJ Khaled kimi məşhurlarla oturub-durur.

 

mersin escort