Fədayə Laçının həbsi təsdiqləndi

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Fədayə Laçının həbs olunması xəbərini Müstəqil.Az -a təsdiqləyib.

 

“Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib”, – E.Sultanov bildirib.

 

Eldar Sultanov bununla bağlı ictimaiyyətə rəsmi açıqlamanın veriləcəyini deyib.

 

Qeyd edək ki, Fədayə Laçının bacısı İlahə Fəda bəzi saytlara açıqlamasında məlumatın yalan olduğunu və bu xəbəri yayan saytları məhkəməyə verəcəklərini deyib.

mersin escort