“Azərsu” ASC-dən  verilən məlumata görə, magistral xətlərdə təmir-bərpa işləri ilə əlaqədar 27 oktyabr 2017-ci il tarixində gün ərzində Səbail rayonunun bir hissəsinə və Yasamal rayonunun Yeni Yasamal yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir